Zühur əsri
İmam Sadiq (ə): "Həzrət Mehdi (ə) İslam dininin bütün sahələrini aşkar edəcək"
Tarixə vahid və inkişafda olan proses kimi yanaşan şiəlik, bəşəriyyətin mənəvi və maddi tərəqqisinin nəhayətinini zühurda görür. Zühur (yəni Məhdinin zahirə çıxması, gəlişi) dövrünün xüsusiyyətləri arasında bir neçə mühüm əlamət hədis və rəvayətlərdə göstərilib. Bunlardan biri Dəccalın gəlişidir. Dini mətnlərdə Dəccal tək göz, zalım və hamının fikrinə sahib çıxan bir şəxs kimi göstərilir. Ancaq çiə alimləri bu rəvayətləri təfsir edərək, bildirirlər ki, Dəccal tarixi şəraitin məcazi adıdır. Yaşadığımız dövrdə virtual aləmin yaranması, KİV vasitəsilə insanlara istənilən fikrin təlqin edilməsi, ictimai rəyin süni şəkildə formalaşdırılması, inasnları müqayisə etmək imkanından məhrum edib hər bir hadisəyə bir nöqteyi-nəzərdən yanaşması ilə səciyyələnən vəziyyət elə həmin təkgöz və fikirlərə sahib olan Dəccaldır.
İkinci əlamət isə Haqqın bütün gözəlliyi və batilin bütün eybəcərliyi ilə özünü göstərməsidir. Tarix boyu istənilən zalım və ya təcavüzkar öz cinayətinə ədalət və azadlıq donu geyindirib. Qədim dövrdə Roma imperiyası xalqalrı əsarətdə saxlamağını “onlara mədəniyyətin nə olduğunu başa salmaq” kimi qələmə verməsi, müasir dövrdə isə İraq və Əfqanıstana hücumu “demokratiyanın bərqərarı” kimi aşılanması onu göstərir ki, insanlar cinayətlərini belə düzgün iş kimi göstərmək istəyirlər. Ancaq zühura yaxın dövrdə artıq cani cinayət edərkən buna hansısa gözəl don geyindirməyə ehtiyac duymayacaq. Bu gün biz bu cür davranışın cücərtilərini müşahidə edirik.
Məhdi kimlərisə öldürmək üçün deyil, onları islah etmək üçün gələcəkMəhdinin zühurunun xüsusiyyətləri barədə yaranmış yalnız stereotiplərdən biri onun gəlişi ilə bütün narazı kütlələrin məhv olması barədə fikirlərdir. Şiəliyə əsaəsən, Məhdi kimlərisə öldürmək üçün deyil, onları islah etmək üçün gələcək. Rəvayətlərdə var ki, Məhdinin qurduğu dövlətdə Allaha inanmayanlar, yahudi və xristianlar da əmin-amanlıq içində yaşayacaqlar. Buradan bəlli olur ki, Məhdi insanları zor gücünə Allah yoluna çağırmayacaq, əksinə insanların azad təfəkkürü və seçimi üçün şərait yaradacaq. İnsan zatən xeyirpərəst varlıq olduğundan, o xeyrə doğru üz tutur, sadəcə buna münbit şərait yaratmaq lazımdır. Məhdinin dövründə insanın bütün maddi və mənəvi potensialının inkişafı və üzə çıxması üçün bütün imkanlar işə salınacaq. Kimlərsə bundan istifadə edəcəklər, kimlərsə də yox.
ahlibeyt.az
-
03/09/2011/ 23:24
"İxvanul-muslimin" təkzib etdi -
03/09/2011/ 23:01
Qərb Liviyada İslam dövlətinin qurulmasından narahatdır -
03/09/2011/ 18:06
Əbdülhəkim Belhac FTB tərəfindən işkəncələrə məruz qaldığını bildirib -
03/09/2011/ 16:46
Şahzadə Məscidul-Hərəmin genişləndilməsi üçün ayrılan pulların mənimsənildiyini bildirir -
03/09/2011/ 16:03
Misir vahhabiləri inqilabdan sui-istifadə etmək istəyirlər -
02/09/2011/ 18:05
Ciddə Astronomiya Cəmiyyətinin açıqlaması Səudiyyəni qatışdırdı -
02/09/2011/ 14:55
Türkiyədən İsrailə sillə -
02/09/2011/ 14:48
Azərbaycan zəvvarlarının Həcc ziyarəti marşrutunda dəyişiklik edilib -
02/09/2011/ 14:30
Bəhreyndə haqqı deyən hər bir kəsin canı təhlükədədir -
02/09/2011/ 06:08
Səudiyyə Ərəbistanı bayramı səhv gündə elan etdiyini etiraf edib -
01/09/2011/ 23:33
Qəzzafinin müftisi həbs edildi -
01/09/2011/ 22:54
Mərhum Ayətullah Behcətin nəzərində ürfan

